Əlaqə Arxiv
news Image
2020.04.14
13:25
| A A A
Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda çap olunub
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hüceyrənin membran sistemləri laboratoriyasının əməkdaşlarının apardıqları tədqiqatların nəticələrini əks etdirən "Qarğıdalı (Zea mays L.) xloroplastlarının mezofil və örtüktopa tilakoidlərinin biokimyəvi xüsusiyyətləri və ultraquruluşu" mövzusunda məqalə nüfuzlu Functional Plant Biology jurnalında capa qəbul edilib. Tədqiqat işi fotosintezin C4 metabolizminə aid olan qarğıdalı bitkisnin iki müxtəlif tip hüceyələrinin fotosintetik aparatının və ultraquruluşunun müqayisəli tədqiqinə həsr olunub. Tədqiqatlar zamanı Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində olan yüksək göstəricilərə malik JEM-1400 TEM markalı (Yaponiya istehsalı) elektron mikroskopundan da istifadə edilib. Functional Plant Biology Avstraliyanın Bitki sahəsində çalışan alimlərinin cəmiyyətinin rəsmi jurnalıdır və 2.327 impakt faktora malikdir. Qeyd edək ki, bu istiqamətdə işlər uğurla davam etdirilir.
Sizin Reklam Yeriniz