Əlaqə Arxiv
news Image
2020.04.15
13:52
| A A A
Ankara teleqülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Türkiyənin paytaxtı Ankaranın rəmzi olan “Ataküle” teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Mövqe.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu addım koronavirus pandemiyasının yayıldığı dövrdə Azərbaycan xalqı ilə həmrəyliyin təzahürüdür.

Rəng proyeksiyası ekranda “İki dövlət, bir millət, qardaş Azərbaycana sevgi ilə” yazısı ilə müşayiət olunub.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb.

Sizin Reklam Yeriniz