Əlaqə Arxiv
news Image
2020.04.15
18:57
| A A A
Portuqaliyada koronavirusdan ölənlərin sayı 600-ə çatır

Portuqaliyada son sutkada daha 643 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada pandemiyadan daha 32 nəfər ölüb və bununla da pandemiya qurbanlarının sayı 599-a çatıb. 

Məlumatda həmçinin ölkə ərazisində koronavirusa yoluxanların sayının 18 091 nəfərə yüksəldiyi də vurğulanıb.

Eyni zamanda Portuqaliyada bu günədək 383 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Qeyd edək ki, Portuqaliya İspaniya ilə quru sərhədini mayın 15-dək bağlı saxlayacaq.

Sizin Reklam Yeriniz