Nazirlər Kabineti: Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur
İstehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur.
Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, bu kreditləri götürən adətən işləyən şəxslər olur: "Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".