news Image
2013.07.11
10:55
| A A A
TQDK qəbul imtahanlarının keçiriləcəyi bölgələrin sayını artırıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb.


Komissiyadan Mövqe.az-a verilən məlumata görə, qəbul imtahanları bütün ixtisas qrupları üzrə ölkənin 11 bölgəsində olacaq. İmtahanlar Bakıda (Bakı, Abşeron, Şamaxı, Qobustan, Neftçala, Salyan və Biləsuvar abituriyentləri üçün), Sumqayıt (Sumqayıt, Xızı, Şabran və Siyəzən abituriyentləri üçün), Gəncə (Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan və Goranboy abituriyentləri üçün), Şəki (Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki abituriyentləri üçün), Lənkəran (Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı və Cəlilabad abituriyenmtləri üçün), Quba (Quba, Qusar və Xaçmaz abituriyentləri üçün), Ağcabədi (Ağcabədi, Xocavənd, Ağdam, Zərdab, Füzuli və Beyləqan abituriyentləri üçün), Şirvan (Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və İmişli abituriyentləri üçün), Göyçay (Göyçay, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu abituriyentləri üçün), Naxçıvan (Naxçıvan, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Kəngərli və Ordubad abituriyentləri üçün), Mingəçevir (Mingəçevir, Tərtər, Yevlax və Bərdə abituriyentləri üçün) keçiriləcək.


Ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də,

I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə avqustun 3-də olacaq.


Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.

Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin - şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.

İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcəklər.


Abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən "İmtahana buraxılış vərə­qəsi"ni çap etməlidir. "İmtahana buraxılış vərə­qəsi"ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs