Əlaqə Arxiv
news Image
2020.04.17
16:56
| A A A
İspaniyada 105 yaşlı qadın koronavirusdan sağaldı

İspaniyanın Merida şəhərində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş 105 yaşlı qadın sağalıb.

Mövqe.az-ın məlumatına görə, o, 3 gün əvvəl yüksək temperatur və nəfəs darlığı ilə xəstəxaya çatdırılmışdı.

3 gün müalicə olunan qadın sağaldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, İspaniyada son sutka ərzində 5 200 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Bu günədək ölkədə virusa 185 minə yaxın yoluxma, 19 315 ölüm qeydə alınıb.

Sizin Reklam Yeriniz