Ermənistanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı
Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb.
Mövqe.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 22-yə yüksəlib.
Bundan başqa, yoluxanların sayı daha 48 nəfər artaraq 1 339-a çatıb. Bildirilib ki, indiyədək 580 nəfər virusdan sağalıb.