news Image
2013.07.11
15:17
| A A A
Vətəndaşların mənzil bazarına yatırdığı sərmayə ilə bağlı ciddi ziddiyyət yarandı
Nüsrət İbrahimov: «son il yardımda daşınmaz əmlak bazarına yatırılan investisiyanın həcmində artımlar var, nəinki azalma»

Ramil Osmanlı: "Bu gün daşınmaz əmlak bazarına investisiya qoyan şəxslərin sayı azalıb"


Son illərdə daşınmaz əmlak bazarında diqqət cəlb edən əsasməqamlardan biri də fiziki şəxslərin buraya əvvəlki kimi fəal investisiya yatırmamasıdır. Halbuki, kapitallarını artıqmaq məqsədilə vətəndaşlar üçün daşınmaz əmlak bazarı olduqca cəlbedici idi. Lakin indi bu tendensiya müşahidə olunmur və vətəndaşların daşınmaz əmlak bazarın amaraqlarının itməsi aydın müşahidə edilir. Lakin fərqli prizmadan çıxış edənlər də var. Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri, bazarı araşdıran iqtisadçı ekspert Nüsrət İbrahimov qeyd edir: "Daşınmaz əmlak bazarına deməzdim ki, investisiya qoyan şəxslərin sayı azalıb. Əksinə, bu sahədə artım var. Biz öz işimizin həcmindən də görürük ki, gün-gündən artım baş verir. Dinamikadan da görünür ki, bu sahədə artımlar var, ancaq nə qədər artım olmasını deyə bilmərik. Ümumiyyətlə, daşınmaz əmlaka qiymətlər artanda, daşınmaz əmlaka qoyulan investisiyanın həcmi də artır. Çünki investiya qoymaq rentabellikdir. Ona görə deyərdim ki, son il yardımda daşınmaz əmlak bazarına yatırılan investisiyanın həcmində artımlar var, nəinki azalma...".


"Əmlak Bazarı İştirakçılar" İB-nin icraçı direktoru Ramil Osmanlı isə əks mövqedədir: " Bəli, bu gün daşınmaz əmlak bazarına investisiya qoyan şəxslərin sayı azalıb. Bu, uzun bir prosesdir. Deməli, bu proses başladı 2008-ci ilin sonlarından, bu günə qədər də davam edir. Bu isə son zamanlar bazarda baş verən proseslərin məntiqli nəticəsidir. Konkret səbəblər kimi bazarda dinamikanın həm müsbətə, həm də ki, mənfiyə doğru dəyişməsini deyə bilərik. Çox qısa zaman çərcivəsində qiymət azalır və ya artım baş verir. 2008-ci ilə qədər qiymətlərin yalnız artım tendendisiyası müşahidə olunurdu. Bu proses təxminən 10 il davam edib. Amma son 4 il ərzində il ərzində 3-4 dəfə qiymət dəyişkənliyi baş verib. Bu da bazarda risk amilini xeyli artırıb. Daşınmaz əmlaka investisiya qoyanların bəziləri artıq iflasa uğrayıblar, digər qisim də bu riskləri nəzərə almaq məcburiyyətində qalır. Əvvəlki kimi kortəbii şəkildə heç kim fəaliyyət göstərmir, insanlar öncə bazarı öyrənir, bilir. Yerli investorlar artıq əllərində olan maliyyəni başqa istiqamətə yönləndirirlər".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs