news Image
2013.07.11
16:37
| A A A
Sosial Adaptasiya Mərkəzi inşa olunacaq

Sosial cəhətdən həssas qrupların daha dolğun şəkildə reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütərəqqi beynəlxalq təcrübəyə istinad edilməklə yeni sosial layihələrə xüsusi önəm verilir.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mövqe.az-a verilən məlumata görə, bu məqsədlə nazirliyin sifarişi əsasında yaxın günlərdə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işlərinə başlanacaq. Mərkəz qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və onların sosial adaptasiyası ilə bağlı digər işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində və öz səlahiyyətləri daxilində təmin edəcək.


Qeyd edək ki, hazırda digər yeni sosial layihələr kimi, Bakı şəhəri, Sabunçu rayonunda Gözdən əlillər üçün tədris bərpa mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün hər biri 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa edilir.