Əlaqə Arxiv
news Image
2020.04.21
21:00
| A A A
ASAN növbəti ilkə imza atdı

Həmişə ilkləri ilə təəccübləndirməyi bacaran ASAN bu dəfə də şəffaf maskaları ilə gündəmə gəlib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan "Sumaks Technologies" şirkəti tərəfindən ilkin olaraq 2 000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb. Xidmətin mətbuat xidməti Elnur Niftəliyevin şəxsi facebbok səhifəsində yazdığı məlumata görə insanları ətraf mühitdən etibarlı qoruyucu vasitə olan şəffaf maskalar ilkin olaraq əhali ilə təmasda olan polislər və jurnalistlər üçün nəzərdə tutulub. Bildirilib ki, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.
Sizin Reklam Yeriniz