Əlaqə Arxiv
news Image
2013.07.11
18:39
| A A A
39 əlil abituriyent TQDK-ya müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş əlil abituriyentlərə ayırdığı vaxt başa çatıb.


TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bütün qruplar üzrə gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqlar olan abituriyentlərdən müvafiq sənədləri iyulun 10-dək Bakı şəhəri üzrə TQDK-nın inzibati binasına, digər bölgələr üzrə isə Komissiyanın müvafiq regional bölməsinə təqdim etməli idilər. Bu günə kimi imtahanda iştirak etmək üçün 39 əlil müraciət edib. Onlar bütün qruplar üzrə gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqları olanlardır. Həmin şəxslərin rahat imtahan vermələri üçün TQDK tərəfindən lazımi şərait yaradılacaq

Sizin Reklam Yeriniz