Əlaqə Arxiv
news Image
2020.04.22
11:16
| A A A
Azərbaycanın 550-ə yaxın vətəndaşı vətənə qayıtdı

Azərbaycan və Rusiya arasındakı anlaşmaya əsasən, COVID-19 səbəbi ilə qonşu ölkədə qalan Azərbaycan vətəndaşlarının vətənə dönüşü təşkil edilib.

Mövqe.az xəbər verir ki, bu barədə TASS-a Dağıstanın Məhəmmədkənd rayonunun administrasiyasından məlumat verilib.

Məlumata görə, “Yaraq-Qazmalar” (Rusiya) – “Samur” (Azərbaycan) buraxılış məntəqələri ərazisində yaradılmış xüsusi “dəhliz”dən 548 Azərbaycan vətəndaşı keçərək vətənə dönüb.

“Bunlar koronavirus səbəbi ilə Rusiyadan ayrıla bilməyən və aprelin əvvəlindən etibarən rayonumuzun ərazisinə gələnlər idi. Hamı “dəhliz”dən göndərildi. Göndəriş aprelin 20-nə keçən gecə baş tutub”, - administrasiyanın mətbuat xidmətindən TASS-a bildiriblər.

Sizin Reklam Yeriniz