Əlaqə Arxiv
news Image
2020.04.22
16:44
| A A A
Bakıda internetin işində yaranmış müvəqqəti qüsurların səbəbi açıqlandı

Ölkədə tətbiq olunmuş karantin rejimi ilə əlaqədar internetə tələbat bir neçə dəfə artıb.

Bunu Trend-ə “Delta Telecom”un mətbuat xidmətindən bildiriblər.

Mənbənin sözlərinə görə, bununla əlaqədar olaraq “Delta Telecom” internet trafikin həcmini artırıb ki, bu da bütün istiqamətlərdə ehtiyat xətlərin istifadəsinə, eləcə də normadan artıq yüklənməsinə səbəb olub:

“Bu cür yüklənmələrin və digər mənfi halların qarşısının alnması üçün əməkdaşlarımız karantin rejiminin tələbləri nəzərə alınmaqla fasiləsiz işləyir. Müxtəlif işlər həyata keçirən təşkilatlara xəbərdarlıqlara baxmayaraq, ehtiyatsızlıq nəticəsində optik kabellərə ziyan dəyib və nəticədə internetin təqdim olunmasında müvəqqəti ciddi problemlər yaranıb”.

Şirkətin nümayəndəsi bildirib ki, güclü küləyin fəsadlarının aradan qaldırılması ilə əlaqədar yerli idarəetmə orqanının apardığı profilaktik tədbirlər zamanı yeraltı optik kabel zədələnib. Bu kabellə ötürülən trafikin əməkdaşlarımız tərəfindən müxtəlif xətlərə yönləndirilməsinə baxmayaraq, bəzi rayonlarda trafik sıxlığı, bəzi rayonlarda kəsintilər qeydə alınıb:

“Yerüstü və yol işləri ilə məşğul olan təşkilatların diqqətinə bir daha ehtiyat tədbirlərinə əməl etmələrini xahiş edirik”.

Qeyd edək ki, “Delta Telecom” operatorunun internetlə bağlı problemləri aradan qaldırılıb. Hazırda internet trafikin ötürülməsi adi rejimdə davam edir.

Sizin Reklam Yeriniz