news Image
2013.07.12
10:26
| A A A
Səhiyyə Nazirliyi ana və uşaq ölümü ilə bağlı vəziyyətə aydınlıq gətirdi

Bu ilin sonuna qədər Azərbaycanda 200 min kvardatmetrdən artıq yeni tibb müəssisəsi istifadəyə veriləcək. Trend-in məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev I Bakı Beynəlxalq Neonatoloji Konqresinin açılışında çıxış edərkən deyib.


Nazir müavini son 20 ildə Azərbaycanda ana və uşaq ölümünün azalmasını da diqqətə çatdırıb. Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda ana ölmü 14.9 promilə, uşaq ölümü isə 28 promildən 10.8 promilə enib.


Ağayev vurğulayıb ki, bu göstərici dövlətin ana və uşaq sağlamlığına verdiyi diqqət və qayğının təzahürüdür: "Demək olar ki, Bakıda təmir olunmamış uşaq xəstəxanası qalmayıb, regionlarda da yeni uşaq xəstəxanaları tikilərək istifadəyə verilir. Yəni bu iş Azərbaycanda uğurla aparılır".


Nazir müavini, həmçinin Azərbaycanın əhalisinin sayının artım tempinə görə də dünyada lider ölkələrdən biri olduğunu diqqətə çatdırıb.


Onun sözlərinə görə, Azərbaycanda əhalinin artım əmsalı 13-dür. Ağayev bildirib ki, 2012-də Azərbaycanda 173,500 uşaq dünyaya gəlib ki, bu da ötən illərlə müqayisədə xeyli artım deməkdir.