Əlaqə Arxiv
news Image
2020.04.25
20:55
| A A A
Maskalı şəxslər qızı anasının yanından belə qaçırdılar - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli hadisə baş verib. 

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, qara maşından düşən üzü maskalı 3 nəfər yaşadıqları binanın qarşısında anası ilə birlikdə gəzən 25 yaşlı qızı qaçırıb.  Ana və qızının qışqırıq səsləri məhləni ayağa qaldırıb. 

Qızın anasının yanından qaçırılma anları məhəllədə quraşdırılmış təhlükəsizlik kameralarında əks olunub. 

Hadisə yerinə polis əməkdaşları gəlib. Polisin araşdırmaları zamanı bəlli olub ki, həmin qaçırılan qız 28 yaşlı bir gənclə Sankt-Peterburqdan 3 saat uzaqlıqdakı Tihvin şəhərindədir.

Qızı qaçıran şəxslər saxlanılıb. Qızı dostları ilə birləşərək qaçıran şəxs polis bölməsində ifadə verib. O "qız qaçırma ənənəsinə görə qaçırtdım" deyərək sərbəst buraxılmasını istəyib. Maraqlısı ondadır ki, gənc xanım a onu qaşıran şəxsdən polisə şikayətçi olmadığını bildirib.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

 

Sizin Reklam Yeriniz