Əlaqə Arxiv
news Image
2020.04.25
21:27
| A A A
Hindistanda kütləvi tədbirlər iyunun 30-dək qadağan edildi

Hindistanın Uttar-Pradeş ştatının rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar iyunun 30-dək kütləvi tədbirləri qadağan edib.

Trend-in məlumatına görə, qərar ştat hökumətinin iclası zamanı verilib.

Qeyd edək ki, bu günədək Hindistanda 24 mindən çox şəxs koronavirusa yoluxub, 775 nəfər ölüb.

Uttar-Pradeş ştatında yoluxanların sayı 1 621 nəfər olub, 25 nəfər ölüb.

Sizin Reklam Yeriniz