Əlaqə Arxiv
news Image
2020.04.25
22:25
| A A A
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlanıb.

Mövqe.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aprelin 25-nə olan statistik göstəricilərinə istinadən xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6069 test edildiyi bildirilib.

Ümumilikdə ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Sizin Reklam Yeriniz