Əlaqə Arxiv
news Image
2020.04.26
17:55
| A A A
Daha bir ölkədə karantin rejiminin müddəti uzadılıb

Argentina hökuməti yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə karantin rejiminin müddətini mayın 10-dək uzadıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Argentina prezidenti Alberto Fernandesin administrasiyasının mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkə sakinləri gün ərzində 1 saat yaşadıqları ünvandan 500 metrdən uzaq olmamaq şərti ilə gəzmək imkanına sahibdirlər.

 

Bildirilir ki, iqtisadi fəaliyyət baxımından 500 mindən çox əhalisi olan şəhərlərdə karantin rejimi əvvəlki şərtlər üzrə davam edəcək, kiçik şəhərlərdə isə karantinin şərtləri yumşaldıla bilər.

Sizin Reklam Yeriniz