Əlaqə Arxiv
news Image
2020.04.28
17:34
| A A A
“Şamaxı yolu” istiqamətində hərəkət məhdudlaşdırılıb
Moskva prospekti "Şamaxı yolu" adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb. Bu barədə Mövqe.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində 20 Yanvar dairəsindən "Şamaxı yolu" adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır. Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - 3-cü mikrorayon dairəsi - Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.
Sizin Reklam Yeriniz