Əlaqə Arxiv
news Image
2020.04.29
10:46
| A A A
Karantin qaydalarını pozan daha 806 sürücü saxlanılıb

Karantin rejimini pozan daha 806 sürücü saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Mövqe.az-a  verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28.04.2020-ci il saat 00:00-dan 29.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Sizin Reklam Yeriniz