Əlaqə Arxiv
news Image
2020.04.29
13:44
| A A A
Masallıda karantin tədbirləri davam etdirilir

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının tələb və tövsiyyələrinə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir.

Məlumat üçün bildirək ki, karantin rejiminin aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib.
Qərara əsasən 27 aprel 2020-ci il tarixdən karantin qaydaları yumşaldılıb. Belə ki, «Asan Xidmət»lər açılıb, kitab, qəzet, dəftərxana, çap, fotostudio obyektləri, pepetitorluq və fərdi tədris, geyim, kosmetika, qızıl və lombard fəaliyyəti bərpa olunub. Bununla yanaşı mebel, elektronika, məişət texnikası, mobil cihazları, kənd təsərrüfatı ehtiyat hissələri və avtomobil satışı da başlayıb.

8103-ə icazə müddəti isə 2-dən 3 saata qaldırılıb.

Karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılmasına baxmayaraq koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunmaslı məqsədilə Masallıda da qabaqlayıcı tədbirlər, maarifləndirmə işi müsbət nəticələrini verməkdədir. Belə ki, rayon ərazisində Masallı RİH tərəfindən mütəmadi və zəruri tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Masallı RİH başçısı Şahin Məmmədov və aparatı ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı əhali arasında, fərdi, ayrı-ayrı vətəndaşlarla maarifləndirmə işi aparır, onları nizam-intizama dəvət edirlər. Gün ərzində, görülən işlər çərçivəsində rayon ərazisində yerləşən yaşayış evlərinin ətrafı, çoxmənzilli yaşayış binaları, zirzəmilər, giriş blokları və pilləkənlər, məişət tullantılarının atıldığı konteyner meydançaları dezinfeksiya edilir.
Eyni zamanda yolların xüsusi məhlulla müntəzəm yuyulması işləri aparılır.
Xüsusi karantin rejiminə riayət olunmasına isə rayon polis şöbəsinin əməkdaşları nəzarət edirlər. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "Evdə qal” kampaniyasına qoşulmaq tövsiyə olunur.
Masallıda nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.
Dezinfeksiya işləri aparılır, mobil qruplar bütün yaş kateqoriyasından olan insanlarla görüşür, sosial həyatı ilə maraqlanır və lazım gəldikdə kömək göstərirlər.
İcra başçısı bütün görüşlərdə, onlayn iclaslarda, RİH-də keçirən gündəlik — səhər və axşam operativ müşavirələrdə qeyd edir ki, tədbirlər ölkənin hər yerində olduğu kimi Masallı ərazisini də əhatə edir və bu, koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz