Əlaqə Arxiv
news Image
2020.04.30
16:30
| A A A
Ədliyyə Nazirliyi jurnalistlər və QHT nümayəndələri ilə videokonfrans keçirir

Ədliyyə Nazirliyi “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfrans keçirir.

Mövqe.az xəbər verir ki, jurnalistlər və QHT nümayəndələrinin qatıldığı onlayn tədbirdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova pandemiya dövründə nazirlik tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Xüsusi rejim şəraitində innovasiyaların tətbiqi barədə İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə danışıb.

Qeyd edilib ki, vətəndaşların qəbulu və müraciətlərə baxılması işinin təşkili üçün naairliyin rəsmi saytında “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin imkanlarının artırılıb.

Həmçinin Nazirliyin elektron informasiya sistemlərinin imkanlarının artırılması çərçivəsində mobil notariata yeni funksiyaların əlavə olunub.

Belə ki, “Vəkilə verilən etibarnamə”, “Sosial etibarnamə”nin ardınca növbəti addım kimi nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin verilməsi tətbiq edilməyə başalyıb.

Digər bir yenilik isə məhkəmə proseslərinin “Elektron məhkəmə” sistemi vasitəsilə videokonfrans şəklində keçirilməsidir.

Bundan başqa, “Elektron icra” informasiya sisteminin “ASAN ödəniş sisteminə inteqrasiya olunaraq borc tələblərinin ödənilməsinin asanlaşdırılması da vətəndaşların işlərini asanlaşdırır.

Sizin Reklam Yeriniz