Əlaqə Arxiv
news Image
2020.04.30
18:30
| A A A
Azərbaycanda məhkumlar koronavirusa görə test ediliblər

Cəzaçəkmə müəssisələrində məhbuslar koronavirus infeksiyasına görə test ediliblər.

Mövqe.az-ın məlumatına görə, bunu bu gün keçirilən “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində bununla bağlı məsələ ciddi nəzarətdə saxlanılır: "Müəssisələrdə məhkumlar koronavirusa qarşı test edilib. Bu, bütün məhbuslara tətbiq edilməyib. Əsasən, hərarəti olan məhbuslar nəzarətə götürülüb. Heç bir məhbusda infeksiya aşkar edilməyib".

Sizin Reklam Yeriniz