Əlaqə Arxiv
news Image
2013.07.15
11:10
| A A A
Vakant müəllim yerlərinə sənəd qəbulu bu gün bitəcək

Azərbaycan Təhsil Nazirliyi 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant müəllim yerlərinə işə qəbul üçün namizədlərin sənəd qəbulunu bu gün saat 18.00-da yekunlaşdıracaq.


Təhsil Nazirliyindın Mövqe.az-a verilən məlumata görə, elektron ərazilərin qəbulu "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla həyata keçirilir. Elektron ərizələrin qəbuluna iyulun 1-dən başlanılıb.

Bu il məktəblərdə 3286 vakant müəllim yeri var. Onların 2793-ü rayonlardakı orta məktəblərin payına düşür. Bakıdakı orta məktəblərdə isə 493 vakant müəllim yeri var.


Ümumilikdə bu il təqdim olunan vakant yerlərin sayı ötən illə müqayisədə 9 yer çoxdur.


Vakanat müəllim yerlərinin bir hissəsi üçün həvəsləndirmə tədbirləri tətbiq edilir.


Rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunacaq. Bu tədbirlər yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə isə hər ay əməkhaqqına 70 (yetmiş) manat məbləğində əlavə olunur, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsi kimi həvəsləndirmə tədbirləri tətbiq olunur.

Sizin Reklam Yeriniz