Əlaqə Arxiv
news Image
2013.07.15
17:10
| A A A
III qrup üzrə keçirilən imtahandan 25 abituriyent qovulub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanından 25 abituriyent xaric edilib. Komissiyadan Mövqe.az-a verilən məlumata görə, h'min abituriyentlər müxtəlif binalarda müxtəlif qayda pozuntularına yol verib, o cümlədən imtahan binasına mobil telefonla keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric ediliblər. Onların imtahan nəticələri ləğv olunub.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.


Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir.


Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Sizin Reklam Yeriniz