Əlaqə Arxiv
news Image
2013.07.16
11:38
| A A A
Təhsil Nazirliyi gənclərin xarici ölkələrdə təhsili üçün sənəd qəbulunu həyata keçirir
Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir

AR Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" artıq 5 ildir ki, uğurla həyata keçirilməkdədir.


Dövlət Proqramının icrası ilə bağlı AR Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"na əsasən Təhsil Nazirliyi növbəti tədris ili üçün 22 may-15 avqust 2013-cü il tarixlərdə sənədlərin qəbulunu həyata keçirir.


Bu dövr ərzində nazirlik tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.

Sizin Reklam Yeriniz