news Image
2013.07.17
10:01
| A A A
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb

Bu gündən Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu 17 iyul-15 avqust tarixlərində internet vasitəsilə aparılacaq. Bu müddət ərzində abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və müvafiq sənədləri komissiya tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

 

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat 17-31 iyul tarixlərində aparılacaq. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə edirlər. Bundan sonra abituriyentlər Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçib TQDK tərəfindən müəyyən olunmuş ünvan, tarix və vaxtda seçmə turda iştirak etməlidirlər. Qabiliyyət imtahanları isə 5-13 avqust tarixlərində həyata keçiriləcək.