Əlaqə Arxiv
news Image
2020.05.17
16:57
| A A A
Korrupsiyaya qarşı mübarizə öz nəticəsini verəcəkdir
Son illər  Azərbaycan dinamik və davamlı inkişaf yoluna qədəm qoyub. İstər siyasi, istər iqtisadi, istər sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir. Həyata keçirilən uğurlu siyasətin, qeyri-neft sektorunun yüksəlişinin nəticəsi olaraq dünyada neftin qiymətinin düşməsi belə, Azərbaycanın inkişafına mənfi təsir göstərməmişdir. Bu inkişaf dinamikasının qorunması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir. O cümlədən ümumbəşəri sosial bəla olan korrupsiya hallarının aradan qaldırılmasına xidmət edən uğurlu tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illər bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. 
  Prezident İlham Əliyev çıxışlarının birində belə demisdir;”O da həqiqətdir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya vardır. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır.” İlham  Əliyev tərəfindən dəfələrlə  korrupsiya və rüşvətxorluğa son qoyulmasina çağırış və xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi məmurlar buna əməl etməyərək öz çirkin niyyətlərini həyata keçirməyə davam etmislər. Məhz ona gorə də bəzi vəzifəli şəxslər barəsində qanunvericiliye uyğun tədbirlərin görülməsi davam etdirilir.Ölkə vətəndaşları prezident  İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlarını tam dəstəkləyirlər. Amma təəssuflər olsun ki, bir neçə vəzifəli şəxsin cəzalandırılmasına baxmayaraq, bəzi məmurlar onlara göstərilən etimadı doğrultmaq əvəzinə,vəzifələrindən sui-istifadə edərək öz şəxsi mənafeləri üçün çalısırlar. Nəticə isə göz qabağındadır. Öz  nəfsinə hakim ola bilməyənlərin aqibəti heç də yaxşı olmur. İctimaiyyətə təqdim olunan gorüntülərdən aydın olur ki, bəzi məmurlar bu çətin sınaq dövründə belə aztəminatlı ailələrə ayrılan yardımlara da göz dikiblər. Belə halların qarşısı isə qətiyyətlə alınır və bu işlər davamlı surətdə aparılacaq. Mən bir mədəniyyət işçisi kimi inanıram ki, Prezidentimiz tərəfindən görulən tədbirlər Azərbaycanımızın inkişafını daha da surətləndirəcək.
Sizin Reklam Yeriniz