Əlaqə Arxiv
news Image
2020.05.21
18:17
| A A A
“Mən hər bir azərbaycanlının prezidentiyəm” kəlamı bu gün öz təsdiqini tapdı

Hörmətli cənab Prezident!

Artıq uzun müddətdir ki, koronavirus adlanan “qorxunc düşmən” dünyanın ən “nəhəng” dövlətlərini belə diz çökdürüb. Bu xəstəlik bizim ölkəmizdən də yan keçməyib. Lakin bu virusun dünyaya yayıldığı ilk günlərdən Sizin səyləriniz nəticəsində bu taclı bəlaya qarşı kəskin mübarizə başlandı. Azərbaycanımızda ilk olaraq bu bəlanın qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Xüsusi qərərgah işə başladı. Ümumdünya Səhiyyə təşkilatı ilə sıx əməkdaşlıq yaratdınız. Azərbaycan ilk olaraq ÜST-ə 5 milyon dollar maliyyə yardımı etdi.

Ölkə daxilində bütün xəstəxanalar hazır vəziyyətə gətirildi. Əlavə olaraq xüsusi təyinatlı xəstəxanalar tikildi. Bu iş indi də davam etdirilir. Sizin gördüyünüz tədbirlər nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb. Bu günə qədər dünya ölkələri arasında ən az itki verən dövlətlər sırasındayıq.

Xaricdə yaşayan soydaşlarımızın çoxu dərhal ölkəmizə gətirildi. Aztəminatlı ailələrə pul vəsaiti və ərzaq yardımları paylanıldı. Bu işlər hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir, yaşayış üçün heç bir çətinlik yoxdur.

Cənab Prezident, Məktəblər müvəqqəti bağlansa da biz müəllimlər xüsusi proqramlarla dərslərimizi davam etdiririk və bu işləri axıra kimi davam etdirəcəyik.

Cənab Prezident, Sizin vaxtilə “Mən hər bir azərbaycanlının Prezidentiyəm” kəlamı bu gün də özünü təstiq etdi. Mən də bir Azərbaycan müəllimi kimi, 40 illdir müəllimlik fəaliyyətimi, peşəmi layiqincə yerinə yetirdiyimə inanıram. Məhz bu çətin günlərdə Sizin nə qədər vətənpərvər insan, gözəl ölkə başçısı olduğunuzun şahidi oldum və bunu şagirdlərimə online dərslərlə də olsa aşılaya bildim.

Biz ziyalılar həmişə olduğu kimi, bu gün də Sizin arxanızdayıq. Biz Sizə inanırıq və yalnız Sizinlə bu “düşmənə” qalib gələcəyik.

Çətin günlərin ömrü az olur və çətinliklər tezliklə geridə qalacaq. Sizin rəhbərliyiniz altında qarşıda bizi gözəl günlər gözləyir. Biz daim Sizinləyik.

Ulu tanrı Sizi qorusun!

Sizin Reklam Yeriniz