Əlaqə Arxiv
news Image
2020.05.22
17:31
| A A A
Ölkəmizdə epidemoloji vəziyyət nəzarət altındadır

Ölkəmizdə epidemoloji vəziyyət nəzarət altındadır.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Aparılan əks epidemik tədbirlər öz bəhrəsini verməyə davam edir. Lakin vətəndaşlarımızın da buna töhvə verməsi vacibdir.

Müşahidələrin davam etdirilməsi zəruridir. Eyni zamanda, karantin rejimin uzadılması müzakirə mövzusudur. Lakin bu müddətin nə vaxta qədər uzadılması statistik göstəricilər əsasında müəyyən olunacaq".

Ramin Bayramlı əlavə edib ki, hava sərhədlərinin açılması 15 iyun tarixindən mümkün ola bilər: "Yaxın əlaqələr olan ölkələrlə gediş-gəlişin bərpa olunması müzakirə olunur. Lakin bunun yaxın günlərdə bərpası düşünülmür.

Eyni zamanda, Naxçıvana uçuşların bərpası yaxın zamanda bərpa olunacaq".

Kütləvi tədbirlərin keçirilməsi məsələsinə aydınlıq gətirən TƏBİB rəsmisi iyun-iyul aylarında bu tədbirlərin keçirilməsinin məqbul hesab olunmadığını bildirib: "Lakin gələn ay iri ticarət mərkəzlərinin açılması gündəm mövzusudur. Eyni zamanda, rayonlara gediş gəliş bərpa oluna bilər. Bununla bağlı yaxın günlərdə məlumat veriləcək.

Həmçinin, çimərliklərlə bağlı TƏBİB-in metodiki göstərişləri hazırlanır".

Sizin Reklam Yeriniz