Əlaqə Arxiv
news Image
2020.05.22
18:00
| A A A
Bu sayı keçsək, problem yaşana bilər - İbrahim Məmmədov

Hazırda karantin müəssisələrində 1139 nəfərin müayinəsi davam etdirilir. Onlar arasında həm hava yolları ilə, həm də Rusiyadan gələn vətəndaşlarımız yer alır..

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Karantin müəssisələrində saxlamaya sadə prosedur kimi baxılmamalıdır. O müəssisələrdəki sanitar-gigiyenik tədbirlərin aparılması üçün həkim və tibb bacıları göndərilir. Bu heyət digər xəstəxanalarımızdan oraya göndərilir və onların iş yükü artır. Bu və digər faktorlar bizə göstərir ki, bu sayı keçsək, problemlər yaşana bilər".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, vətəndaşların gətirilməsi karantin zonalarının fiziki imkanlarından asılıdır:

"Yaxın zamanda Rusiyadan vətəndaşlarımızın gətirilməsi gözlənilir. Vətəndaşlarımızın təhlükəsizliyi üçün onların "Evə gedirəm" portalında qeydiyyatdan keçməsi vacibdir".

İbrahim Məmmədov bildirib ki, sərhədlərin açılması üçün xüsusi proqram hazırlanır:

"Bu proqramda hansı ölkələrdən uçuşların hansı qrafikdə olunacağı göstəriləcək. Hazırlanma prosesinin iyunun 15-dək uzanacağı gözlənilir. Bu axşam İstanbuldan ölkəmizə vətəndaşlar gətirilir".

İ.Məmmədov bildirib ki, İranın vitse-prezidenti və ölkəmizin baş naziri arasında telefon bağlantısı yaradılıb və 120 vətəndaşımızın ölkəyə gətirilməsi təmin olunub.

Sizin Reklam Yeriniz