Əlaqə Arxiv
news Image
2020.05.23
10:00
| A A A
İnkişafın səbəbini təbii şərait yaradır
Müxtəlifləşmə əbədi və sonsuzdur

 Bu dünya (kainat) ölçüyə gəlməzdir və sayı bilinməyən müxtəlifliklərlə zəngindir. O,öz düzgün yolu ilə milyon illərdir ki, getməkdə davam edir( real olmayan yolları isə sayca daha çoxdur). Dünya bir ideya, amalla mürəkkəb yolla mükəmməl yaradılıb, tamamlanıb. Buradakı möhtəşəm, əzəmətli nizama heyrət etməmək mümkün deyil. Yaradanın ağlabatmaz qüdrətilə çox möcüzələr baş verib. Yalnız Yaradan təkdir, yeganədir. Onun yaratdıqlarına _dünyaya və onun tərkib hissələrinə, törəmələrinə... müxtəlifləşmə doğmadır, onlara xas olan xüsusiyyətdir. Müxtəlifliyin yaranması, əmələ gəlməsi dünya durduqca kəsilməz olaraq davam edəcəkdir. Mürəkkəb dünyamız elə əzəldən qatışıq haldadır: aydınlıqla qaranlıq, ağıl ilə nadanlıq, mürəkkəblə sadəik, həqiqətlə yalan,... həmişə yanaşıdır. İnsanın görən gözləri  işıqlandıqca (elmi artdıqca)bunları bir-birindən ayırmağı daha yaxşı bacarır. Hələlik dünyanı tam öyrənmək mümkün olmayıb, onun yalnız cüzi hissəsini insanlar lazımınca dərk edə bilib (İnsan ağlının, fikrinin  qavrayacağı problemlərin sayı-hesabı hələ ki, hədsiz çoxdur). Sonsuz dünyanın əvvəlini və sonunu təyin etməyə imkanlar qoyulmayıb. Kainatda boşluqlar yoxdur, gizlinlər(dərk edilməmişlər, aşkar olunmayanlar)  isə kifayət qədərdir. Elmin gücü yüksəldikcə insanlar çox şeylərdən, hadisələrdən baş çıxarır və yəqin edir ki, görüləsi vacib işlərin əksəriyyəti hələlik qalır. 
     Yalnız dünya hökmdarı olan elmin yardımı ilə bəşəriyyət həqiqəti tapıb, xoşbəxt yaşaya biləcək. Elmin yolu çətin də olsa, onu getməkdən usanmaq xeyir gətirməz. Elmi, hazırlığı olmayan insan nəzərə çarpan yeniliklər yarada bilməz. Elmi biliklərin çoxluğuna baxmayaraq onları hərdən dəyişmək, təzələmək lazım gəlir. Insanın həyatda ehtiyacı nəyədirsə, onu elmlə öyrənməlidir. Həyatda görünənlər, görünməyənlərdən azdır. Elmin vəzifələrindən biri də məhz görünməyənləri aşkar etməkdir.  Elmlərdə ideya ehkamına heç vaxt rast gəlinməyib. Digər sözlə, nəyi et, nəyi etmə qadağası olmayıb (Odur ki, elmi mübahisələr zamanı yalnız elmi dəlillərə, müddəalara... əsaslanmalı. Yoxsa, nədəsə yüksək mövqeyindən istifadə edərək, öz fikrini digərinə zorla qəbul etdirmək yaramaz, yolverilməzdir). Vaxt ötdükcə, elmin hüdudları uzaqlara gedir, onun sahələri durmadan genişlənir. Elmin dəyərini çox insanlar anlayır və məşğul olanların sayı da artır.
      Sehrli nağıllar aləmini, elmlə oxunan sirli kitabı xatırladan, öz təbii qanunları ilə idarə olunan təbiətin müdrikliyi, özü yaratdığı subyektiv qanunlarla idarə olunan insanın, cəmiyyətin müdrikliyindən üstündür. Yaradan özü məhz belə yaradıb. Bunu dərindən dərk edən insanlar tarix boyu seçiliblər və həyatda yeniliklərə imzalarını atıblar... Təbiətə, ətraf aləmə sadəcə seyrçi münasibət bəsləməyib,onu incəlikləri ilə qəbul edib, başa düşmək, hər zaman uğur qazanmaq üçün stimul yaradır. Təbiətin dilini öyrənən insan üçün həqiqəti bilmək elə də çətinlik törətmir.  Təbiətlə düzgün rəftar etmək özlüyündə insan üçün faydalıdır. 
        Hər zamanın öz hökmü, hər dövrün əsas sayılan tələbləri var. Bu tələblər aşkar surətdə görünmür və onlar hökmən anlanmalıdır. Müdrik insanlar dövrandan baş çıxarmağı bacarır və tələblərini dərk edirlər.                                                                    
       Əbədi surətdə dəyişilən təbiətdə, cəmiyyətdə hər şeyin, hər hadisənin, prosesin sanki öz vaxtı var, əgər zamanı çatıbsa, onda heç nəyə baxmayaraq üzə çıxacaqdır.  Yaranmalı nələr varsa, öz zamanını gözləyir, vaxtı yetişən kimi gəlir; nə vaxtından gecikir, nə də vaxtda tələsir. Həqiqi inkişafa səbəb olacaq bütün dəyişmələri təbii şərait  doğurduğu üçün, arası kəsilməyən dəyişikliklər, dəyişmələr sayəsində üzə çıxan, əmələ gələn müxtəlifləşmə prosesi də bu və ya başqa formada özünü təzahür etdirir.
        Yazılanlar idrak, təfəkkür ilə bağlı bütün sahələrə, konkret elmlərə (riyaziyyata, fizikaya, kimyaya, ədəbiyyata-poeziyaya,..), onların çoxsaylı bölmələrinə, törəmələrinə ... də ümumən şamil edilir. Lakin bu vaxt öyrəniləcək obyektlərin, proseslərin spesifikliyindən, xüsusiyyətlərindən irəli gələn  səciyyəvi halları da nəzərə almaq lazım gəlir və bunun üçün də yaradıcı münasibət tələb olunur (Belə vəziyyət, dolayısı ilə onu da göstərir ki, analoji ideyanın həmin elmlərdə həyata keçirilməsi, özünü ayrı-ayrı formalarda biruzə verəcəkdir).  Digər tərəfdən, bir elmin metodlarının digər elmlərdə tətbiq edilmə mümkünlüyündən (imkanlarından) faydalanmaq da zəruridir ki, bəzən ciddi nəticələr almağa imkan yaradır.  Həmçinin nəzərdən qaçırmamalı ki, idrakın  inkişafında elmin hansısa bir sahəsində özünü doğrultmayan bəzi müddəaların yerini, gerçəklik əlaqələrini daha dürüst (doğru)  əks etdirən (reallıqla uzlaşan) başqa müddəalar tutmalıdır! Bu deyilənlərə nümunə (misal) kimi aşağıdakı halı qeyd edək. Müəllif tərəfindən yaradılan üç qafiyəli ,,Kəsə üslub,, ( bu haqda müəllifin “Xalq qəzeti” və “Mövqe” qəzetlərində dərc edilmiş məqalələrində ətraflı məlumat verilmişdir), məhz yuxarıda göstərilən yanaşmanın nəticəsidir. Poeziyada uzun müddət istifadə edilən, riyazi və fəlsəfi qüsurlu,  iki qafiyəli mövcud üslubdakı ( bu üsluba görə ,, qafiyə,,nin şeirdəki “fikir”ə nisbətən üstünlüyü, hakim olması  bütün şeirdə özünü göstərir. Məhz ,, Kəsə üslub “da da şeirdəki “fikir”in “qafiyə”dən üstünlüyü, həlledici olması, şeirin əvvəlindən sonunadək gözlənilməlidir; yoxsa hansısa məhəlli --müəyyən sətirdə yaxud sətirlərdə üstünlüyündən söhbət gedə bilməz.) “ qafiyə” və “fikir” ziddiyyət münasibətindədirlər. Bu ziddiyyət fəlsəfədə  (dialektikada) əsas ziddiyyət sayılır və inkişafın daxili səbəbini, əsas mənbəyini, hərəkətverici qüvvəsini göstərir. Həmin ziddiyyət baxılan predmetin (şeirin, poemanın...) mahiyyətinə aiddir və bütövlükdə onun inkişafı, xarakteri bu ziddiyyətdən asılıdır. Odur ki, belə zidddiyyətə laqeydlik göstərmək, göz yummaq  olmaz, onu hökmən necə olursa olsun aradan qaldırmaq lazımdır! İdrak qanununun bu tələbi elmin bəzi nəticələrinin ( məsələn poeziyadakı ,, mövcud üslub,,un)donub qalmış ehkamlara çevrilməsinə mane olur.  Ayrı-ayrı şəxslərin inhisarçı mövqeyi də elmi tərəqqiyə ciddi maneçilik törədir. 
           Dialektikanın digər iki qanunu da nəzərə alındıqda, onlar üçü birlikdə baxılan halda inkişafı üç müxtəlif tərəfdən xarakterizə etməyə imkan yaradır. Bu qanunların qarşılıqlı təsiri nəticəsində aşağıdakı suallara aydınlıq gətirilir: inkişaf niyə baş verir, inkişaf necə baş verir və irəliyə doğru inkişafın xarakteri necədir, və ya digər sözlərlə: a)inkişafın mənbəyi, impulsu, b) yeni keyfiyyətlərin yaranması mexanizmi, c) mütərəqqi istiqamətlənmiş dəyişikliklərin xarakteri, forması təyin edilir. 
               “Kəsə üslub” sırf nəzəri yox, əməli (işlək) üslubdur. Belə ki, müəllifin çapdan çıxmış  9 (doqquz) kitabında həmin üslubda yazmış olduğu şeirləri toplanmışdır. Beləliklə, bütövlükdə bu                                                                                 
üslubla bağlı əsas (vacib) sayılacaq nələr lazımdırsa, artıq hamısı müəyyən edilmiş olur. Ixtisasçılar tərəfindən bu üslubun geniş tətbiqi məqsədilə müfəssəl hazırlanması  (işlənməsi) baxımından elə də çətinlik törənməz, çünki kifayət (lazımi) qədər məlumatlar və nümunələr mövcuddur; sadəcə olaraq iradə və zəhmət lazımdır! Bu üslubda yazılmış şeirlərdən elələri ən  yüksək səviyyəli hesab ediləcək ki, onlarda qrammatik qafiyə daha aparıcı olsun.
            Xalqımız şeirsevərdir, odur ki, yazarlardan nöqsansız, mahiyyəti təhrif olunmayan, elmin bugünkü  tələblərinə tam cavab verən, mükəmməl üslubda ( hazırkı yarımçıq, natamam üslubdur) yazılmış şeirlər gözləyir. Onların bu ümidlərini doğrultmaq lazımdır. Bu işdə gənc yazarlar – şairlər xüsusilə daha təşəbbüskar, aktiv olmalıdırlar. Belə ki, onların əsas fəaliyyətləri hələ qabaqdadır və öz yaradıcılıqlarını düzgün, doğru təməllər üzərində qurmalıdırlar ( sonralar daha gecdir deyilməsin)!
         Yuxarıdakıları nəzərə alaraq  yəqin etmək olar ki, vətəni -- hər sahədə yüksələn  sevimli AZƏRBAYCAN  olan,  ,, Kəsə üslub,,un həyatda öz layiqli yerini tutmasını, bərqərar olmasını həqiqətən istəyən ŞƏXSLƏR  yüksək vətəndaşlıq mövqeyi göstərəcəklər.
      Insanlar təbiəti öyrənməklə özləri də inkişaf edirlər (Təbiət əbədidir, onsuz dünyanın mövcudluğunu təsəvvür etmək olmaz), təbiətə münasibətləri də dəyişir və müxtəlif istəklərinə, məqsədlərinə nail olmağa can atırlar...
        Dəniz və okeanlarda yaşayan müəyyən canlıların, havada uçan quşların, quruda yaşayan bəzi heyvanların... quruluşunun müxtəlif səviyyələrini və hərəkət mexanizmlərini, spesifikliyin təsirini... öyrənməklə, müxtəlif dərinliklərdə üzən sualtı qayıqlar, gəmilər, bir-birindən fərqli müxtəlif təyinatlı təyyarələr, çox sayda ayrı-ayrı maşın və qurğular yaratmağa müvəffəq olurlar. Təbiətdəki bəzi ağac və bitki növlərinin maraqlı xüsusiyyətlərini ətraflı təhlil etməklə, insanlara xeyir verəcək çox sərfəli, dəyərli nəticələr əldə edirlər...
       Təbiətdəki müxtəlifliklər insanlar üçün əvəzsiz nümunələr mənbəyidir. Tükənmək bilməyən bu sonsuz əbədi mənbə, çeşidli müəmmaları özündə gizlədir ki, onları aşkar edərək məqsədyönlü araşdırmaq, öyrənmək üçün neçə-neçə insan nəsli gələcəkdə inadla çalışmalıdır.          

 

Sizin Reklam Yeriniz