Əlaqə Arxiv
news Image
2020.05.23
14:33
| A A A
Dövlət-vətəndaş həmrəyliyinə töhfə:kölgədən işığa doğru

Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq,iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırıiması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir.Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.

Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata,sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azadılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması əhalinin məşğulluq imkanlarının artmasınab yönəlib.

Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı.Nəticədə mövcud iş yerləri nəinki qorundu ,həmçinin”Əmək müqaviləsi bildirişi”altsistemindən mayın1-də əldə olunan məlumata əsasən,2020-ci ilin əvvəlindən əmək müqaviləsinin sayında 105 min nəfərlik artım oldu.

Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş,zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş,onlara geniş vergi güzəştləri verilmiş,fəaliyyət sahələrinə ayrilan1,5 mlrd. manat bank kredetlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.

Bununla yanaşı ,dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.

Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı.”Bu kateqriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir,eyni zamanda koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır, onların da problemlərini dövlət öz üzərinə götürür”deyə cənab Prezident vurğulamışdır.

Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir.Dövlətin biznesdən və əhalidən gözləntisi-fəaliyyətin tam şəffaflaşdırılmasıdır.

Şəffaflıq sahibkarın və vətandaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir.Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.

Ölkə başçısının qeyd etdiyi kimi,”burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil.Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli,öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”Əks halda əmək müqaviləsinin

və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi,vətəndaş üçün yeni həyat dərsinə çevirləcək.

Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli bu birlik post- koronovirus dövründə də davam etdirilməlidir.

Sizin Reklam Yeriniz