news Image
2013.07.18
12:05
| A A A
“Gənc alimlərin ipoteka kreditləri vasitəsilə mənzillə təminatı gündəmdədir”

"İpoteka kreditləri vasitəsi ilə gənc alimlərin mənzillə təminatı gündəmdədir".


Bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə söyləyib.


Akif Əlizadə deyib ki, bununla bağlı proqramlar hazırlanmaqdadır: "Dövlət başçısı tərəfindən AMEA-ya 10 milyon manata qədər vəsait ayrılıb və institutlarda maddi-texniki baza qurulur. Dövlət başçısına müraciət etdik və AMEA-ya yarım milyon manat vəsait də ayırdı. Bu vəsait hesabına diplom müdafiəsi ərəfəsində olan gənclərimiz Avropada müvafiq müasir avadanlıqlardan istifadə edə bilirlər".


AMEA prezidenti elmi tədqiqatlar üçün yüzlərlə qrantların sərf olunduğunu da deyib. Onun sözlərinə görə, hazırda AMEA-da beynəlxalq qrantlardan daha çox istifadə edilir: "Bu rəqəm minə yaxındır. Əlbəttə, Prezident yanında Elmin İnkişafına Dəstək Fondundan da kifayət qədər vəsait ayrılır".


A. Əlizadə AMEA-nın qorunub saxlanması və inkişafının vacibliyindən də danışıb

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs