Əlaqə Arxiv
news Image
2020.05.28
12:59
| A A A
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır

Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq etdiyi qadağanı 2 mərhələdə yumşaldacaq.

Mövqe.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06:00-dan 15:00-dək küçəyə çıxmağa icazə veriləcək.

Məlumata görə, Məscidül-Həramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq.

İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06:00-dan 20:00-dək küçəyə çıxmağa icazə veriləcək. 

Sizin Reklam Yeriniz