Əlaqə Arxiv
news Image
2020.05.29
18:44
| A A A
Naxçıvana uçuşlar bu tarixdən başlanır

Naxçıvan Muxtar Respublikasına hava uçuşlarının bərpası 8 iyun tarixindən bərpa olunacaq.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bu istiqamətdə işlər görülüb. Bütün uçuşlar metodiki göstərişlər əsasında həyata keçiriləcək".

O bildirib ki, beynəlxalq uçuşlar 15 iyunadək dayandırılıb: "Bu uçuşlarda sərnişin sayı azaldılacaq. Beynəlxalq qrafikada tətbiq olunan təcrübələrdən biri də COVID-19 pasportunun tətbiqidir. Bu pasportda sağlamlıqla bağlı arayış yer alacaq. Pasportun tətbiqi müzakirə olunur və yaxın günlərdə bu barədə qərar veriləcək"

Sizin Reklam Yeriniz