Əlaqə Arxiv
news Image
2020.05.29
19:49
| A A A
İdman zalları niyə açılmadı? - Qərargah

Qapalı məkanlarda yoluxma ehtimalı böyükdür. İdman zalları da bu sıraya daxil olduğu üçün, yalnız açıq havada idman məşqlərinin keçirilməsinə icazə verilir.

Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib. O əlavə edib ki, uşaq bağçalarının açılması gözlənilmir:

"Dövlət qurumlarının rəhbərlərinə öhdəliklərində azyaşlı uşaq olan işçilərə iş yerlərində şərait yaradılması barədə tapşırıq verilmişdi. Hazırda bağçaların açılması müzakirə olunmur".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, uşaq bağçaları üçün metodiki göstərişlər hazırlanıb: "Gələcəkdə günlərdə bu qaydalar təqdim olunacaq.

Vətəndaşların iaşə obyektlərində qaydalara əməl etməmələrinə görə, cərimələrin tətbiqi üçün operativ qərargaha müraciət edilib".

Ramin Bayramlı bildirib ki, hazırda ölkə ərazisində epidemiyanın birinci dalğası müşahidə olunur:

"Virusda baş verən mutasiyalardan asılı olaraq qış aylarında ikinci dalğa baş verə bilər".

Sizin Reklam Yeriniz