Əlaqə Arxiv
news Image
2020.05.31
11:40
| A A A
BANM əməkdaşlarının koronavirus testlərinin nəticələri neqativ çıxdı

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları arasında koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticələri neqativ çıxıb.

Bu barədə Mövqe.az-a Ali Məktəbdən məlumat verilib. 

Qeyd olunub ki, BANM-in əməkdaşlarında virusa yoluxma halı qeydə alınmayıb. Müəssisə daxilində virusla mübarizə tədbirləri çərçivəsində sanitar epidemioloji normalara və daxili normativ sənədlərlə müəyyən edilmiş qaydalara qeyd-şərtsiz olaraq tam əməl olunur.

Baş verə biləcək risklərin, eləcə də infeksiyanın yayılmasının qarşısını almaq üçün, dezinfeksyaedici məhlullardan və tibbi maskalardan istifadə, ara məsafəsinin saxlanması (ən azı 2 metr) da daxil olmaqla digər müəyyən olunmuş tədbirlərə nəzarət edilir. 

Sizin Reklam Yeriniz