Əlaqə Arxiv
news Image
2020.05.31
12:35
| A A A
Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır

Yeni növ koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlər , vaxtında atılan addımlar, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutan cənab Prezident Azərbaycan vətəndaşlarına göstərdiyi qayğı ilə bunu bir daha nümayiş etdirdi.

Bu gün bəşəriyyəti cənginə alan koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə məhz cənab Prezidentimiz İlham Əliyevin uzaqgörənliyi, təşəbbüsü və qabaqlayıcı tədbirləri nəticəsində ölkəmiz digər dünya ölkələri ilə müqayisədə bu virusa qalib gəlmək həddindədir.

Bu istiqamətdə atılan addımlar, görülən qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanla çıxmağımız, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərilən diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

B eynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən tədbirlər cənab Prezidentimizin uğurlu siyasətinin mərkəzində insan amilinin, insana və vətəndaşa yüksək qayğının dayandığını əyani şəkildə sübut edir.

Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır. Bu inkaredilməz həqiqət pandemiya şəraitində də özünü göstərir. Belə ki, iş yerlərinin saxlanılması üzrə tədbirlər, koronovirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar, və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, əhaliyə birbaşa sosial dəstək göstərilməsi böyük sosial-iqtisadi önəm kəsb edir. Eyni zamanda, bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiq edir.

Bu çətin günlərdə xalqımıza göstərdiyi böyük dəstəyə və vətəndaşların sağlamlığını üstün tutduğu üçün cənab Prezident İlham Əliyevə öz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Allah cənab Prezidentimizi və Azərbaycan xalqını qorusun!

Sizin Reklam Yeriniz