Əlaqə Arxiv
news Image
2020.05.31
13:25
| A A A
Daha bir ölkə plastik qablardan imtina edir

Yunanıstan Ətraf mühit və Energetika Nazirliyi birdəfəlik plastik qabların istifadəsinə qarşı kampaniya başladıb.

Mövqe.az xəbər verir ki, kampaniyaya ilk olaraq Sxiniya çimərliyində könüllülərlə birlikdə zibil yığmaqla nazir Kostis Hadzidakis start verib.

Məlumata görə, imtina olunan məhsullar arasına ərzaq konteynerləri, penopolistirol stəkanlar, birdəfəlik istifadə üçün yemək dəstləri (çəngəl, bıçaq, qaşıq), boşqablar, içki üçün çöplər daxildir.

Qeyd edək ki, Yunanıstanda gün ərzində 1 milyona yaxın plastik qab-qacaq istifadə olunur.

Sizin Reklam Yeriniz