Əlaqə Arxiv
news Image
2020.06.01
16:00
| A A A
BDU-da onlayn elmi seminar keçirilib

İyunun 1-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün Slovakiya Respublikası Komenski adına Bratislava Univeristetinin professoru Lukas Ribarın təqdimatında “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq məruzəçi və onlayn elmi seminarın keçirilmə məqsədi ilə bağlı məlumat verib.

“XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn mühazirə keçən professor Lukas Ribar İran və Qafqaz ölkələri haqqında apardığı elmi tədqiqatlar, XVI-XVII əsrlərdə Avropa ilə Şərq ölkələri arasında diplomatik əlaqələrin xüsusiyyətləri, Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq, Azərbaycan Səfəvi dövlətinin Avropa ölkələri ilə qurduğu ticarət əlaqələri, Habsburqların Səfəvilərə, Səfəvilərin isə Avropaya göndərdikləri elçiliklər, Avropa mənbələrində rast gəlinən bir sıra faktlar - Səfəvilər dövlətinin adının müxtəlif adlarla, xüsusilə Qızılbaşlar adı ilə, hökmdarların adları yerinə isə Böyük Səfi yazılması və digər məlumatlar barəsində təqdimatla çıxış edib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş elmi seminar Tarix fakültəsinin dosenti Azad Rzayevin moderatorluğu ilə davam edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sizin Reklam Yeriniz