Əlaqə Arxiv
news Image
2013.07.18
16:54
| A A A
"Romantic"ə məxsus əmtəə nişanından qanunsuz istifadə olunub

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 148 ünvanında fəaliyyət göstərən fiziki şəxs Adil Əsədova və Bakı şəhəri, Nərimanov rayonu, Xoyski prospekti, 136 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Umudova məxsus mağazalarda aparılan yoxlamalar zamanı "Romantic" MMC-yə məxsus "MixRay" əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.


Mövqe.az-ın İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, haqsız rəqabətə yol verdiklərinə görə Dövlət Xidməti tərəfindən Adil Əsədov və Mehman Umudov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


 

Sizin Reklam Yeriniz