Əlaqə Arxiv
news Image
2020.06.03
19:28
| A A A
Karantini sərtləşdirməklə bağlı müraciət etdik - TƏBİB

Nazirlər Kabineti yanında Operativ Qərargaha karantin rejimi qaydalarının sərtləşdirilməsi barədə müraciət etdik.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Yoluxmaların 200-dən artıq olması, bizə bu müraciəti etmək üçün məcburiyyət yaratdı. Bu səbəbdən həftənin cümə günü axşamdan, bazar ertəsindək küçəyə çıxma qadağası tətbiq olunacaq. Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərlərində bu qaydalar tətbiq olunacaq"

O bildirib ki, bayram günlərində də küçəyə çıxma qadağası tətbiq oluna bilər: "Təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Beynəlxalq təcrübədə də bu qadağa tətbiq olunmaqdadır.

Biz bayram günlərində arxayınlaşaraq qaydalara əməl etmədiyimiz üçün yoluxmalar artmaqda davam etdi. Beynəlxalq təcrübəyə əsaslanaraq bu təkliflə müraciət etdik.

Digər ölkələrdə aparılan analizlər əsasında bu qadağanın effektiv olduğu sübut olunub".

O bildirib ki, detallar barədə sabah ictimaiyyətə məlumat veriləcək.

Sizin Reklam Yeriniz