Əlaqə Arxiv
news Image
2020.06.03
19:51
| A A A
Kimlərsə maska satışından sui-istifadə edir - Brifinq

Maskalarla bağlı vahid qiymət var, bu, 30 qəpikdir.

Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

"Lakin xaricdən gətirilən maskalarda qiymət fərqi var. Fərqi hökumət aidiyyatı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı ola bilməz. Maskalara tələbatın artması kimlərədə sui istifadə hallarına yol verməyi yaradıb. Bununla bağlı cəzalar tətbiq olunacaq".

O bildirib ki, sakinlər maska tapmadığı halda, müraciət edib, bu barədə məlumat verə bilərlər: " Hazırda zavodda gündəlik 500 000 maska istehsalı gücü var. 300 min arası satışlar olub, eyni zamanda idxal da edilir. Bu gün 10-15 milyon maska ehtiyyatı var".

Sizin Reklam Yeriniz