news Image
2013.07.19
10:17
| A A A
DQMK-nin elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 16 aprel, 1 və 7 may 2013-cü il tarixdə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb.


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, 16 aprel, 1 və 7 may 2013-cü il tarixdə 94 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1005 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.


Müsabiqədə iştirak etmək üçün Komissiyada qeydə alınmış 6114 namizədin 35%-ni qadın namizədlər, 76%-ni isə gənclər təşkil edib.


Test imtahanı mərhələsində uğur əldə etmiş 1335 nəfərdən 1069-u iddia etdiyi vəzifə üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib, 266 namizəd isə 5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Onlardan 139-u bu hüquqdan istifadə edib.


Test imtahanı mərhələsini uğurla keçən 1335 nəfərdən 32%-ni qadın namizədlər, 83%-ni isə gənclər təşkil edib.


Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:


- Əmlak Məsələləri Dövlət Komitəsi - qeydə alınmış 862 namizəddən 181 nəfəri;

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - qeydə alınmış 529 namizəddən 67 nəfəri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi - qeydə alınmış 500 namizəddən 66 nəfəri;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - qeydə alınmış 190 namizəddən 64 nəfəri;

- İqtisadi İnkişaf Nazirliyi - qeydə alınmış 324 namizəddən 58 nəfəri;

- Bakı Apellyasiya Məhkəməsi - qeydə alınmış 169 namizəddən 51 nəfəri.

Müsabiqənin müsahibə mərhələsi 27 iyun 2013-cü il tarixdə başlayıb. İndiyə kimi müsahibədə iştirak etmiş 130 namizəddən 34 nəfəri bu mərhələdən də uğurla keçib. Elan edilmiş müsabiqənin müsahibə mərhələsi 5 dövlət orqanı üzrə başa çatıb. Digər dövlət orqanları üzrə müsahibə davam edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs