Əlaqə Arxiv
news Image
2020.06.04
17:47
| A A A
TƏBİB sabahkı iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi

Özəl qurumlara da tövsiyə edilir ki, sabah iş saatını mümkün qədər 14:00-da bitirmək məsələsinə baxsınlar.

Mövqe.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Sizin Reklam Yeriniz