Əlaqə Arxiv
news Image
2020.06.05
11:20
| A A A
Bill Qeytsdən şok açıqlama: İkinci dalğa...

Yeni tip koronavirusun ikinci dalğası mütləq olacaq.

Axar.az xəbər verir ki, bunu “Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts ərəb mətbuatına açıqlamasında deyib.

O bildirib ki, ikinci dalğanın nəticələrinin necə olacağı bəlli deyil:

“Ancaq təəssüflə deyirəm ki, pandemiya Cənubi və Mərkəzi Amerikada sürətlə irəliləməyə başlayıb. ABŞ və Avropada həm yoluxma, həm də ölüm hallarının azaldığının şahidi olsaq da, təəssüf ki, bütün dünyada belə deyil”.

B.Qeyts bir daha pandemiyanın vaksininin 2021-ci ilin sonunda hazırlana biləcəyini xatırladıb.

Sizin Reklam Yeriniz