Əlaqə Arxiv
news Image
2020.06.05
15:04
| A A A
Masallıda onlayn şeir müsabiqəsinə yekun vuruldu

1 və 3 iyun 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə  “Masallı Gənclər Paytaxtı-2020” seçilməsi və “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş uşaqlar  arasında  keçirilən onlayn “şeir” müsabiqəsinə yekun vuruldu.

         Müsabiqənin keçirilməsində əsas məqsəd  “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün qeyd edilməsi və mövcud pandemiya dövründə istedadlı uşaqların aşkar edilməsi və onların asudə vaxtlarının səmərəli keçirilməsinin  təmin edilməsindən ibarətdir.

        Müsabiqənin şərtlərinə uyğun olaraq, 5-7 yaşlı uşaqlar arasında: birinci yerə Masallı rayon Güllütəpə kənd tam orta məktəbinin şagirdləri ( əkiz bacılar)  Mütəllimli Nəzrin Oktay qızı və Nərmin Oktay qızı Mütəllimlilər, ikinci yerə “Viləş” uşaq bağçasının uşağı Nağılı Zümrüd Rəsul qızı, üçüncü yerə N.Həsənov adına Gəyəçöl kənd tam orta məktəbinin şagirdi Əsgərova Sunay Tofiq qızı layiq görülmüşlər.

Fərqləndiyinə görə isə “Dəfinə” məktəb-liseyinin şagirdi Muradlı Nuray Asim qızı, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin şagirdi Xansuvarova Ruqiyyə Bəşir qızı, “Viləş” uşaq bağçasının uşağı Şükürov Müslüm İlkin oğlu, “Viləş” uşaq bağçasının uşağı Zahidov Rza Peyman oğlu  diplomlarla mükafatlandırılmışdır.

8-10 yaşlı uşaqlar arasında:

birinci yerə  Şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Manaflı Aysun Elnur qızı, ikinci yerə R.Əzizov adına Yeddioymaq kənd tam orta məktəbin şagirdi Quliyeva Mədinə Ramil qızı,üçüncü yerə Mololon kənd ümumi orta məktəbin şagirdi Axundova Yaxşıxanım Zöhrab qızı layiq görülmüşlər.Fərqləndiyinə görə isə R.Əzizov adına Yeddioymaq kənd tam orta məktəbin şagirdi Quliyev Ramal Ramil oğlu, Qəzvinoba kənd ümumi orta məktəbin şagirdi Kazımov Rəsul Mailk oğlu diplomlarla mükafatlandırılmışdır.

Müsabiqədə qalib gələn iştirakçılar Masallı rayon  Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz