Əlaqə Arxiv
news Image
2020.06.05
16:43
| A A A
Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

Bu barədə Mövqe.az  DGK-ya istinadən xəbər verir.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Türkiyə Respublikasından gələn "IVECO" markalı avtomobilin salonunda "Leader" markalı 1 800 ədəd, Gürcüstan Respublikasından gələn "DAF" markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9 800 ədəd siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz