Əlaqə Arxiv
news Image
2020.06.05
21:30
| A A A
Türkiyədə daha 930 nəfərdə koronavirus aşkarlandı

Son bir gündə Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.

Mövqe.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.

Ötən bir gündə ölkədə daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfərdir.

Son sutkada 1 622 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 133 400 nəfərə çatıb.

Sizin Reklam Yeriniz